Binəqədidə qətl törədən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Binəqədidə qətl törədən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
4 Avqust , 2016 13:26
Binəqədidə qətl törədən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 4 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Z.Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi