Ağsunun ucqar dağ kəndində yanğın olub
Hadisə
- 07 fevral, 2021
- 15:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağsu rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın rayonun ucqar dağ kəndi olan Kalva kəndində, Zahid Nuriyevin həyətindəki çardaqda baş verib.
Yanğını söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə hissələrindən ümumilikdə 11 nəfər şəxsi heyət və 2 yanğınsöndürən maşını cəlb olunub.
Alovun yaxınlıqdakı evə və mal-qara saxlanan tövləyə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, çardağın xeyli hissəsi və 2,2 ton bağlı otun yarıya qədəri yanıb.
Hazırda yanğının tamamilə söndürülməsi üçün səylər davam edir.
Son xəbərlər
16:05
Foto
Report Media Məktəbinin 22-ci qrupu təlim proqramına qoşulub
Media
16:05
AKTA: Məsafədən kredit vermək məlumatların qorunmasında yeni suallar yaradır
Maliyyə
16:00
Əminə Məlikova: Azərbaycan Xalça Muzeyi ziyarətçilərlə ənənəvi incəsənət vasitəsilə dialoq qurur
İncəsənət
16:00
İranın səfiri: Korrupsiya ilə bağlı mübarizədə çoxtərəfli əməkdaşlıq faydalıdır
Xarici siyasət
15:59
Foto
Video
"AzerGold" UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Sənaye
15:58
Azərbaycan banklarının xalis xarici aktivləri 23 %-ə yaxın artıb
Maliyyə
15:56
Foto
Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub
Turizm
15:55
Oman korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb
Digər ölkələr
15:53
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin daha 3 matçı baş tutub
Futbol