Ağsu sakini həmyerlisini bıçaqlayıb

Hadisə
  • 07 oktyabr, 2019
  • 08:15
Ağsu sakini həmyerlisini bıçaqlayıb

Ağsu rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakini Nuriyev Nicat Şaiq oğlu rayonun Növci kənd sakini Musayev Fərman Azad oğlunu bıçaqlayıb.

Yaralı dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir. 

N.Nuriyev polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.