Ağsuda müəllim dərs zamanı ölüb

Ağsuda müəllim dərs zamanı ölüb Ağsu rayonunda sinif otağında ölən müəllimin şəxsiyyəti və ölüm səbəbi məlum olub.
Hadisə
10 Oktyabr , 2019 16:59
Ağsuda müəllim dərs zamanı ölüb

Ağsu rayonunda sinif otağında ölən müəllimin şəxsiyyəti və ölüm səbəbi məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, həmin məktəbin əmək təlimi müəllimi Şeydayeva Rəhilə Rza qızı dərs zamanı sinif otağında birdən huşunu itirərək yerə yıxılıb. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub. 

O, 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyasının üzvü olub.

Faktla bağlı araşdırmalara başlanılıb. ***15:03 Ağsu rayonunda müəllim dərs zamanı ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Ağsu şəhər 4 saylı tam orta məktəbində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan həmin məktəbəin qadın müəllimi sinif otağında ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi