Ağsu rayonunda meşə massivində baş verən yanğın söndürülüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Girdə kəndinin dağlıq ərazisində baş verən yanğın FHN-nin Ağsu rayon Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürənlərinin səyi nəticəsində söndürülüb.
Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
00:52***
Ağsu rayonu ərazisində yenidən yanğın başlayıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın rayonun Girdə kəndinin dağlıq ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi işlərinə
Qeyd edək ki, avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülmüşdü.