Ağsuda dağlıq meşə ərazisində baş vermiş yanğın söndürülüb

Ağsuda dağlıq meşə ərazisində baş vermiş yanğın söndürülüb Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Hadisə
26 Avqust , 2019 22:19
Ağsuda dağlıq meşə ərazisində baş vermiş yanğın söndürülüb

Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən "Report" -a verilən məlumata görə, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən alınıb. Yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi