Ağsuda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb

Ağsuda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb Ağsu. 17 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda ağır yol qəzası baş verib.
Hadisə
17 Sentyabr , 2018 13:34
Ağsuda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb
Report
0 : 00
0 : 00

Ağsu. 17 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə sentyabrın rayonun Daşdəmirbəyli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Ağsu rayonunun Cəlayır kənd sakini Habil Usubovun idarə etdiyi “VAZ-21011” və Lerik rayon sakini Hidayət Nuriyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə H.Usubov və 3 sərnişini, habelə H.Nuriyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Əlifağa Məmmədov orada ölüb.

Ağsu rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi