Ağsu sakinindən narkotik vasitələr götürülüb
Hadisə
- 12 fevral, 2021
- 06:22
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan"Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Navahı kənd sakini Ruslan Hüseynov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə R.Hüseynovun yaşadığı ünvana baxış keçirilib və oradan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Son xəbərlər
02:06
İranın bəzi ərazilərində partlayış səsləri eşidilir
Region02:00
Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılıb
Digər ölkələr01:47
CENTCOM İrana qarşı yeni zərbələrin başladığını bəyan edib
Digər ölkələr01:37
Banqkokda barda baş verən yanğın zamanı azı 27 nəfər həlak olub
Digər ölkələr01:13
Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib
Fərdi01:02
SEPAH: ABŞ-nin HIMARS raket kompleksinin döyüş sursatları məhv edilib
Region00:35
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr00:23
Çilidə avtomobil yarmarka ziyarətçilərini vurub, altı nəfər ölüb
Digər ölkələr23:58