Yuxarı
    Bağlamaq

    Ağsu sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

    Hadisə rayonun Qəşəd kəndində qeydə alınıb

    Ağsu. 8 noyabr. REPORT.AZ/ Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

    "Report" xəbər verir ki, hadisə rayonun Qəşəd kəndində qeydə alınıb.

    Kənd sakini 1950-ci il təvəllüdlü Abdulhüseynov Oqtay Abduləli oğlu yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısından sızan dəm qazından boğulub. Ailə üzvləri hadisədən gec xəbər tutublar və 66 yaşlı kişi köməksiz vəziyyətdə qalaraq ölüb.

    Qeyd edək ki, Oqtay Abdulhüseynov 42 ildir ki, Qəşəd kənd orta məktəbində müəllim işləyirdi.

    Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi