​Ağstafada yol qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

​Ağstafada yol qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB Qırılı kəndində “Ford”la “Opel” toqquşub
Hadisə
12 Aprel , 2016 12:16
​Ağstafada yol qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı. 12 aprel. REPORT.AZ/ Ağstafa rayonunun Qırlı kəndində avtomobil qəzası baş verib. "Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, aprelin 11-də saat 21 radələrində Ağstafa rayonunun Qırlı kəndində Gəncə şəhər sakini Elsevər Kazımovun idarə etdiyi “Ford” və Ceyhun Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Nəticəsində C.Əliyev hadisə yerində ölüb, E.Kazımovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktla bağlı araşdırma aparır.


***11 aprel 23:01

Bakı. 11 aprel. REPORT.AZ/ Axşam saatlarında Ağstafa rayonunun Qırılı kəndində yol qəzası baş verib.

"Report" xəbər verir ki, “Ford” markalı sərnişin avtomobili ilə “Opel” markalı minik avtomobili toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğrayan “Opel” markalı avtomobildən sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi