Ağstafada piyada əleyhinə minalar aşkarlandı

Ağstafada piyada əleyhinə minalar aşkarlandı
Hadisə
119
23 May , 2020 01:00
Ağstafada piyada əleyhinə minalar aşkarlandı

Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 6 ədəd partlamamış piyada əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Piyada əleyhinə minaların ətrafında 100 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.