Ağstafada ödəmə terminalı oğurlanıb

Ağstafada ödəmə terminalı oğurlanıb Oğurluqda şübhəli bilinən şəxslər tutulub
Hadisə
14 Mart , 2016 13:11
Ağstafada ödəmə terminalı oğurlanıb

Bakı. 14 mart. REPORT.AZ/ Ağstafa rayonunda oğurluqla məşğul olan şəxslər tutulub.

“Report”un xəbərinə görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayon sakinləri Şəhla Abbasovaya və Saleh Məmmədova məxsus mağazalardan pul, tütün məmulatı, spirtli içki və “E-Manat” ödəmə terminalı oğurlamış həmyerliləri Elnur Xəlilov və Məhərrəm Seyidov tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi