Ağstafada məktəbin bağında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verilib

Ağstafada məktəbin bağında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verilib Ağstafada həmyerlisini bçaqlamaqda təqsirləndirilən Alim Məmmədova hökm oxunub və ona şərti cəza verilib.
Hadisə
25 Yanvar , 2022 16:31
Ağstafada məktəbin bağında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verilib
0 : 00
0 : 00

Ağstafada həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Alim Məmmədova hökm oxunub və ona şərti cəza verilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 15-də Ağstafa rayonunun Xılxına kənd K.Hüseynov adına tam orta məktəbinin bağ sahəsində qeydə alınıb.

Belə ki, rayonun Poylu qəsəbə kənd sakini, 2005-ci il təvəllüdlü A.Məmmədov Qarahəsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fərrux Qasımovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən A.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi