Ağstafada bir gündə 7 nəfəri küçə iti dişləyib - YENİLƏNİB

Ağstafada bir gündə 7 nəfəri küçə iti dişləyib - YENİLƏNİB Ağstafa rayonunda it dişləməsi nəticəsində ağır bədən xəsarətləri alan şəxslərin adları məlum olub.
Hadisə
23 Mart , 2019 17:16
Ağstafada bir gündə 7 nəfəri küçə iti dişləyib - YENİLƏNİB

Ağstafa rayonunda it dişləməsi nəticəsində ağır bədən xəsarətləri alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Yaralılar:

1991- ci il təvəllüdlü Hüseynov Cəmil Adil oğlu,

1989-cu il təvəllüdlü Əliyeva Səbina Qulam qızı,

1983-cü il təvəllüdlü Hidayətov Rasim Hüseyn oğlu,

1978-ci il təvəllüdlü Əliyeva Səidə Sattar qızı, 

1986-cı il təvəllüdlü Rzayev Qulaməli Heydər oğlu, 

1958- ci il təvəllüdlü Heydərov Cəmil Əliqulu oğlu,

1962-ci il təvəllüdlü Cəbiyeva Nazxanım Ziyad qızı.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir. 


*** 13:41

Ağstafa rayonunda bir gündə 7 nəfəri küçə iti dişləyib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qarahəsənli kəndi, Saloğlu qəsəbəsi və şəhərin digər ərazisində küçə itləri müxtəlif vaxtlarda müxtəlif insanlara hücüm edib. Onlardan 7 nəfəri xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və hamsına quduzluğa qarşı iynə vaksin vurulub.

Son günlər rayon ərazisində oxşar hadisələrin tez-tez baş verdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi