Ağstafada avtomobil piyadanı vurub - YENİLƏNİB
- 02 sentyabr, 2018
- 18:53
Ağstafa. 2 sentyabr. REPORT.AZ/ Ağstafa rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Köçvəlili kənd sakini, 1984-ci il təvəllüdlü Teymur Məhəmməd oğlu Cavadov Poylu kəndində yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırlsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən sürcü saxlanılıb.
***22:14
Ağstafa. 2 sentyabr. REPORT.AZ/ Ağstafada avtomobil tərəfindən vurulan piyadanın kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, bu, rayonun Köçvəlili kənd sakini, 1984-ci il təvəllüdlü Teymur Məhəmməd oğlu Cavadovdur.
Onun kənd ərazisində yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulduğu bildirilir. T.Cavadov yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***21:28
Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində baş verib.
Yolu keçmək istəyən piyada avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. O, yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.