Ağstafada avtomobil körpüdən aşdı, yaralılar var - YENİLƏNİB - FOTO

Ağstafada avtomobil körpüdən aşdı, yaralılar var - YENİLƏNİB - FOTO Ağstafa rayonunun Poylu kəndində VAZ markalı minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanlardan ikisinin kimliyi məlum olub.
Hadisə
31 May , 2020 21:05
Ağstafada avtomobil körpüdən aşdı, yaralılar var - YENİLƏNİB - FOTO

Ağstafa rayonunun Poylu kəndində "VAZ" markalı minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanlardan ikisinin kimliyi məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 2 nəfər, Yenigün kənd sakini, 1981-ci il təvəllüdlü İbrahimov Vidadi Vaqif oglu və Qaçaq Kərəm kənd sakini, 1979-cu il təvəllüdlü Abdullayev Həsən İsrafil oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı avtomobildə olan daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


***20:40

Ağstafa rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Poylu kəndində qeydə alınıb. 

Belə ki, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi