Ağstafada 24 yaşlı gənc bıçaqlanıb

Hadisə
  • 04 oktyabr, 2018
  • 20:04
Ağstafada 24 yaşlı gənc bıçaqlanıb

Ağstafa. 5 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Sadıxlı kənd sakini, 1994-cü il təvəllüdlü Aqil Səhrəddin oğlu İsgəndərov hələ ki, məlum olmayan şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədilməsi ilə bağlı araşdırma aparılır.