Ağstafa sakininə zor tətbiq edərək soyğunçuluq edən şəxs tutulub

Ağstafa sakininə zor tətbiq edərək soyğunçuluq edən şəxs tutulub ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
19 İyul , 2016 13:35
Ağstafa sakininə zor tətbiq edərək soyğunçuluq edən şəxs tutulub

Ağstafa. 19 iyul. REPORT.AZ/ Ağstafa rayonunda oğurluq hadisəsi baş verib. "Report"un Qərb bürosunun xəbərinə görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb. 
Belə ki, həmin qəsəbənin sakini Ramilə Quzanovanın evinə pəncərədən girən naməlum şəxs ev sahibinə qarşı zor tətbiq edərək oradan 31 manat pul və 5 000 manat dəyərində qızıl-zinət əşyaları aparıb. 
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi