Ağstafa sakini inəyin ipini kəsən zaman bıçaq xəsarəti alıb

Ağstafa sakini inəyin ipini kəsən zaman bıçaq xəsarəti alıb Ağstafa. 20 iyun. REPORT.AZ/ Ağstafa rayonunda yerli sakin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Hadisə
20 İyun , 2018 08:52
Ağstafa sakini inəyin ipini kəsən zaman bıçaq xəsarəti alıb

Ağstafa. 20 iyun. REPORT.AZ/ Ağstafa rayonunda yerli sakin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Ağgöl qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mustafayev Nizami Osman oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı əməliyyat olunub.

Yaxınlarının sözlərinə görə, hadisə o, inəyi bağladığı kəndiri kəsən zaman baş verib. Belə ki, bıçaq ehtiyatsızlıqdan onun qarnına batıb.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi