Ağdaşda yaşlı kişi ikinci mərtəbədən yerə yıxılıb

Ağdaşda yaşlı kişi ikinci mərtəbədən yerə yıxılıb Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir
Hadisə
9 Yanvar , 2018 08:29
Ağdaşda yaşlı kişi ikinci mərtəbədən yerə yıxılıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda evin damından yerə yıxılan ahıl kişi ağır xəsarət alıb.

"Report" xəbər verir ki, 1958-ci il təvəllüdlü Mirzəyev Şəmsi Nəsib oğlu rayonun mərkəzində yerləşən evinin damına çıxaraq təmir işi görürmüş.

Bu zaman o, ehtiyyatsızlıq edərək ikimərtəbəli evin damından yerə yıxılıb. Kişi ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi