Ağdaşda şadlıq saraylarında və evlərdə təşkil edilən toylarda karantin qaydaları pozulub

Ağdaşda şadlıq saraylarında və evlərdə təşkil edilən toylarda karantin qaydaları pozulub Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb
Hadisə
26 İyul , 2021 10:45
Ağdaşda şadlıq saraylarında və evlərdə təşkil edilən toylarda karantin qaydaları pozulub

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, “Samir” şadlıq sarayında təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Ümid” restoranında isə mərasimdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən edilib. Həmin obyektlərin icarədarları Səbuhi Mustafayev və Sadiq Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Həmçinin, rayonun Yenicə, Aşağı Nematabad, Qaradeyin,Qarasuqumlaq,Pirkəkə, Qobuüstü və Kotavan kəndlərində fərdi evlərdə təşkil edilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi