Ağdaşda restoranda dava olub

Ağdaşda restoranda dava olub Ağdaşda restoranda dava baş verib.
Hadisə
7 May , 2020 10:03
Ağdaşda restoranda dava olub
0 : 00
0 : 00

Ağdaşda restoranda dava baş verib.

“Report”un xəbərinə görə, hadisə mayın 5-i saat 22:30 radələrində “İka” restoranında qeydə alınıb.

Belə ki, Ağdaşda müvəqqəti məskunlaşan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Nicat Yusifov Ağdaş sakini, 1968-ci il təvəllüdlü Araz Yediyarovla mübahisə edib. Daha sonra o, A.Yediyarovun göz nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə A.Yediyarov xəsarət alıb.

Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

N.Yusifov isə polis əməkdaşları tərəfindən xuliqanlıq maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi