Ağdaşda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb
Hadisə
- 29 iyun, 2021
- 06:34
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ağzıbir kənd sakini Möhlət Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, yaş halda çəkisi 9 kiloqram 130 qram olan 66 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. M.Əliyev ifadəsində narkotik tərkibli bitkiləri may ayında becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
22:24
Ərdoğanla Pezeşkian arasında telefon danışığı olub
Region22:18
Video
Dənizkənarı Milli Parkda dənizdə batmaq təhlükəsi ilə üzləşən 22 yaşlı qız xilas edilib
Hadisə22:05
Xamenei: İran müharibəyə can atmır
Region22:04
Endryu Robertson mövsümün sonunda "Liverpul"u tərk edəcək
Futbol21:59
Fidan pakistanlı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib
Region21:51
Martda dəmir yolu ilə yükdaşımalar artıb
İnfrastruktur21:47
Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
Fərdi21:45
İmişlidə zərərverici həşəratlar yonca sahələrinə ziyan vurub, məhsuldarlıq azalıb
ASK21:25