Ağdaşda baş verən yol qəzasında biri azyaşlı olmaqla, 4 nəfər ağır xəsarət alıb

Ağdaşda baş verən yol qəzasında biri azyaşlı olmaqla, 4 nəfər ağır xəsarət alıb Yaralılardan azyaşlının vəziyyəti daha ağırdır
Hadisə
17 İyul , 2017 15:06
Ağdaşda baş verən yol qəzasında biri azyaşlı olmaqla, 4 nəfər ağır xəsarət alıb

Ağdaş. 17 iyul. REPORT.AZ/ Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Ağdaş-Qəbələ avtomobil yolunda, Türyançay körpüsü yaxınlığında baş verib.

Hadisə zamanı “Qazel” markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ 2107”də olan sürücü və 3 sərnişin ağır bədən xəsarətləri alıb. Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza zamanı yaralanan sürücü, 1994-cü il təvəllüdlü Yevlax rayon Quşçu kənd sakini Bəşirli Bəhruz Rafiq oğlu reanimasiya şöbəsinə yerləşdirilib.

Digər yaralılar 1993-cü il təvəllüdlü Qəbələ sakini Şükürov Tural Sahib oğlu, 2013-cü il təvəllüdlü Qəbələ rayonu Savalan kənd sakini Məhərrəmov Yusif Tarzan oğlu və 1991-ci il təvəllüdlü Məhərrəmova Güldanə Sahib qızıdır.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan azyaşlının vəziyyəti daha ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi