Ağdaşda avtomobil maneəyə çırpılıb

Ağdaşda avtomobil maneəyə çırpılıb Ağdaş şəhərinin Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
22 Mart , 2019 22:50
Ağdaşda avtomobil maneəyə çırpılıb

Ağdaş şəhərinin Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1959-cu il təvəllüdlü Qəbələ şəhər sakini Nuru Nuraliyev Nəsrullah oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol dairəsinə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi