Ağdaşda 55 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
- 07 dekabr, 2023
- 01:00
Ağdaş rayonunda 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunu öldürməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Rüstəmli Rövşən Rüstəm oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Qeyd edək ki, Rüstəmli Rövşən mərhumun qonşusu olub
04:38
Dekabrın 7-də saat 01 radələrində Ağdaş rayonunda 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunun küt alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.