Ağdaş sakinindən tüfəng götürülüb

Hadisə
  • 18 oktyabr, 2019
  • 08:49
Ağdaş sakinindən tüfəng götürülüb

Ağdaş sakinində sənədləri olmayan tüfəng aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarasuqumlaq kənd sakini A.Çələbiyevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.