Ağdamda yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib

Ağdamda yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib Ağdam şəhərində yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib.
Hadisə
15 May , 2024 13:40
Ağdamda yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib

Ağdam şəhərində yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib.

"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, eləcə də digər aidiyyatı qurumların əməkdaşlarının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən podratçı və subpodratçı təşkilatların, tikinti şirkətlərinin, fermerlərin və digər sahibkarların iştirakı ilə Ağdam Konqres Mərkəzində təşkil olunan müşavirədə yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər və perspektiv məsələlər müzakirə edilib.

Müşavirədə əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşə, yaşıllıq və əkin sahələrində mümkün yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi imkanları dəyərləndirilib.

Yay mövsümünün yaxınlaşması ilə əlaqədar meşə və yaşıllıq ərazilərində yanğın hallarının baş verməməsi üçün bu ərazilərdə fəaliyyət göstərən sahibkarların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin və digər sahibkarların odla ehtiyatlı davranmalarının, həmçinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi xüsusi vurğulanıb.

Müşavirənin yekununda tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə infrastruktur layihələrini həyata keçirən sahibkarlara və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, yanğın baş verdiyində yanğınsöndürən texniki vasitələrin su obyektlərinə maneəsiz daxil olmalarının təşkili, yanğına həssas olan meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamalarına dair çağırış edilib.

Son xəbərlər

Orphus sistemi