Yuxarı
    Bağlamaq

    Ağdamda məktəb şagirdi yolu keçmək istəyən piyadanı vurub

    Hadisə orta məktəbin qarşısında baş verib

    Ağdam. 7 noyabr. REPORT.AZ/ Ağdam rayonunun Mahrızlı kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Qarabağ bürosu xəbər verir ki, 16 yaşlı kənd sakini Boyükağa Qarayev atasına məxsus "VAZ-2106" markalı avtomobil ilə Mahrızlıda hərəkətdə olarkən rayon sakini Səttar Quliyevi vurub.

    Müxtəlif bədən xəsarətləri alan piyada Səttar Quliyev kənd xəstəxanasına çatdırılıb.

    Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.

    Hadisəni törədən B.Qarayev Mahrızlı kənd orta məktəbinin IX sinif şagirdidir. O, yol qəzasını təhsil aldığı məktəbin qarşısında törədib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi