​Ağdamda bir gündə iki mağaza qarət edilib - FOTO

Hadisə
  • 27 dekabr, 2015
  • 08:50
​Ağdamda bir gündə iki mağaza qarət edilib - FOTO

Bakı. 27 dekabr. REPORT.AZ/ Ağdam rayonunda iki mağaza qarət edilib. "Report" xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb. Ağdam Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, Zaur İlqar oğlu Məmmədova  məxsus ərzaq mağazasından təxminən 40-50 AZN dəyərində ətriyyat və spirtli içkilər oğurlanıb. Oğurluq edən şəxs və ya şəxslərin mağazaya dam hissəsindən daxil olublar. Daha sonra eyni qayda ilə ərzaq dükanı yaxınlığında yerləşən mobil telefon mağazası da qarət edilib. Rəşad Həbib oğlu Qasımova məxsus telefon mağazasından ümumi dəyəri 1000 manata yaxın olan telefon və telefon aksesuarları oğurlanıb. Hər iki zərərçəkən Ağdam RPŞ-ə müraciət edib. Faktla bağlı  RPŞ-də araşdırma aparılır, oğurluq edən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti