Ağdamda əmioğlular bıçaqlanıb, biri ölüb

Ağdamda əmioğlular bıçaqlanıb, biri ölüb İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əmisi oğlu 2003-cü il tə
Hadisə
19 İyul , 2021 11:47
Ağdamda əmioğlular bıçaqlanıb, biri ölüb

Ağdam rayonunda qətl hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Mahrızlı kənd sakini, 25 yaşlı Gəray Gərayev əmisi oğlu Ülfət Gəraylını bıçaqlayıb.

Ülfət Gəraylının qardaşı Ülvü Gəraylı isə G.Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirib. Hadisə nəticəsində G.Gərayev ölüb.

Ü.Gəraylı tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əmisi oğlu 2003-cü il təvəllüdlü Ülvü Gərayzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi