Ağcabədidə kredit təşkilatına saxta qızıl-zinət əşyaları təqdim edən şəxslər saxlanılıblar

Ağcabədidə kredit təşkilatına saxta qızıl-zinət əşyaları təqdim edən şəxslər saxlanılıblar Ağcabədi rayonunda kredit təşkilatına saxta qızıl-zinət əşyaları təqdim edən şəxslər saxlanılıblar.
Hadisə
23 Sentyabr , 2019 14:54
Ağcabədidə kredit təşkilatına saxta qızıl-zinət əşyaları təqdim edən şəxslər saxlanılıblar

Ağcabədi rayonunda kredit təşkilatına saxta qızıl-zinət əşyaları təqdim edən şəxslər saxlanılıblar. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 20-də rayon ərazisindəki kredit təşkilatlarından birinə gələn Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildirib. 

Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi