Ağcabədi rayonunda keçmiş məhkumda tapança aşkar edilib.
Bu barədə "Report"a
Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan “TK-Korovin” markalı tapança aşkar edilərək götürülüb.
Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muxtariyə kənd sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Hər iki fakla bağlı araşdırma aparılır.