Ağcabədidə fermeri elektrik cərəyanı vuraraq öldürüb

Ağcabədidə fermeri elektrik cərəyanı vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Sentyabr , 2016 12:03
Ağcabədidə fermeri elektrik cərəyanı vuraraq öldürüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Ağcabədidə bir nəfəri fermada elektrik cərəyanı vuraraq öldürüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, sentyabrın 16-da Ağcabədi şəhər sakini Arif Azadovu Ağgöl adlanan ərazidə yerləşən fermasında elektrik cərəyanı vurub. A.Azadov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi