Yuxarı

Ağcabədidə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib- FOTO - VİDEO

Reyd zamanı 30-a yaxın qayda pozuntusu aşkarlanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Ağcabədi rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. "Report"un xəbərinə görə, Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi reyd zamanı 30-a yaxın qayda pozuntusu aşkarlanıb.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan, avtomobilə əlavə avadanlıq quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən və sürücülük vəsiqəsi olmayan sürücülər saxlanılaraq barələrində protokol tərtib olunub. Reyd zamanı polisin "Saxla" əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi