Ağcabədidə 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub

Ağcabədidə 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub Bakı. 29 oktyabr. REPORT.AZ/ Oktyabrın 28-də Ağcabədi rayonunun Avşar kəndi ərazisində partlamamış hərbi sursat tapılıb.
Hadisə
29 Oktyabr , 2018 00:03
Ağcabədidə 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Oktyabrın 28-də Ağcabədi rayonunun Avşar kəndi ərazisində partlamamış hərbi sursat tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat ANAMA-ya Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-in Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bundan əvvəl Daşkəsəndə Təhsil şöbəsinin keçmiş binasının zirzəmisində müxtəlif növ silah-sursat tapılıb.

Son xəbərlər

Orphus sistemi