Daşkəsəndə Təhsil şöbəsinin keçmiş binasının zirzəmisində müxtəlif növ silah-sursat tapılıb

Daşkəsəndə Təhsil şöbəsinin keçmiş binasının zirzəmisində müxtəlif növ silah-sursat tapılıb Bakı. 27 oktyabr. REPORT.AZ/ Daşkəsən rayonu ərazisində Təhsil şöbəsinə məxsus keçmiş binanın zirzəmisində müxtəlif növ silah-sursat tapılıb.
Hadisə
27 Oktyabr , 2018 00:19
Daşkəsəndə Təhsil şöbəsinin keçmiş binasının zirzəmisində müxtəlif növ silah-sursat tapılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Daşkəsən rayonu ərazisində Təhsil şöbəsinə məxsus keçmiş binanın zirzəmisində müxtəlif növ silah-sursat tapılıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

ANAMA mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən içərisində heç bir partlayici maddə olmayan, təlim məqsədli 2 ədəd TM-62M minası, 53 ədəd patron, 1 ədəd F-1 və 2 ədəd RQD-5 əl qumbarası aşkar olunub, məhv edilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim məqsədli hərbi ləvazimatların tapıldığı yerin ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bundan əvvəl Füzuli rayonunda su kanalından 6 ədəd top mərmisi tapılıb.

Son xəbərlər

Orphus sistemi