Ağcabədi sakinindən silah-sursat və narkotik götürülüb

Ağcabədi sakinindən silah-sursat və narkotik götürülüb Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat və narkotik vasitə saxlayan şəxsin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Hadisə
28 İyul , 2020 15:59
Ağcabədi sakinindən silah-sursat və narkotik götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat və narkotik vasitə saxlayan şəxsin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat və narkotik vasitə saxlamaqda şübhəli bilinən rayon sakini Hüseyn Şirinov saxlanılıb.

H.Şirinovun yaşadığı ünvana baxış keçirilən zaman oradan müxtəlif adda odlu və soyuq silahlar, müxtəlif növ patronlar - xüsusi ilə istifadəyə yararlı 112 ədəd müxtəlif kalibrli avtomat patronları, eləcə də 300 qram qurdulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi