Aeroport yolunda piyadanı maşın vuraraq öldürüb

Aeroport yolunda piyadanı maşın vuraraq öldürüb Yaralı xəstəxanada keçinib
Hadisə
15 İyun , 2017 03:00
Aeroport yolunda piyadanı maşın vuraraq öldürüb
Report.az

Bakı. 15 iyun. REPORT.AZ/ Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, Aeroport yolunun Buzovna qəsəbəsindən keçən hissəsində 1941-ci il təvəllüdlü Abbasov Ramiz Zərbəli oğlunu minik maşını vurub. Hadisə o, yolu keçmək istəyən zaman baş verib.

Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi