Abuzər Cəfərov apellyasiya şikayəti verib

Abuzər Cəfərov apellyasiya şikayəti verib İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq
Hadisə
15 Avqust , 2016 09:12
Abuzər Cəfərov apellyasiya şikayəti verib

Bakı. 15 avqust. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Abuzər Cəfərov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası avqustun 18-nə təyin edilib.

İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, jurnalist A.Cəfərov ötən il Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 8 nəfər şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.

Məhkəmə prosesində A.Cəfərov özünü təqsirli bilməyib, ona qarşı irəli sürülən ittihamın əsassız olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Cəfərov apellyasiya şikayəti verib.

Xatırladaq ki, A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib.

Son xəbərlər

Orphus sistemi