​Abşeronda yük maşınında, Gəncədə inzibati binada yanğın olub

​Abşeronda yük maşınında, Gəncədə inzibati binada yanğın olub Hər iki halda yanğın söndürülüb
Hadisə
13 May , 2015 04:24
​Abşeronda yük maşınında, Gəncədə inzibati binada yanğın olub

Bakı. 13 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Abşeron və Gəncədə yanğın hadisələri qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Abşeron rayonunun Masazir qəsəbəsində vətəndaşa məxsus "Volkswagen" markalı yük avtomobilinin banına yığılmış məişət tullantıları yanıb.

Avtomobil yanğından mühafizə olunub.

Gəncənin Nizami rayonunda isə inzibati binanın dam örtuyundə quraşdırılmış işiqlandırma qurğusunun elektrik tənzimləyicisi və çıxış kabeli yanıb. İnzibati bina yanğından mühafizə olunub.

Hər iki halda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi