Abşeronda taksi sürücüsünə qarşı quldurluq edərək 9 manatını alan şəxslərə hökm oxunub

Abşeronda taksi sürücüsünə qarşı quldurluq edərək 9 manatını alan şəxslərə hökm oxunub Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq edərək 9 manat pulunu almaqda təqsirləndirilən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
5 İyun , 2018 13:23
Abşeronda taksi sürücüsünə qarşı quldurluq edərək 9 manatını alan şəxslərə hökm oxunub
Report

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq edərək 9 manat pulunu almaqda təqsirləndirilən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2018-ci il fevralın 1-də gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində baş verib. Müştəri kimi taksiyə əyləşən şəxslər mənzil başına çatanda sürücüyə qarşı ağır cinayət törədiblər.

Belə ki, Elxan Veyisov ''102'' zəng mərkəzinə məlumat verib ki, taksi fəaliyyəti göstərərkən Səbail rayonu ərazisində üç nəfər onun avtomobilinə müştəri kimi əyləşərək Xırdalana aparmalarını xahiş ediblər. Deyilən ünvana çatanda həmin şəxslər bıçaqla sürücüyə xəsarət yetirib onun pulunu və mobil telefonunu alıblar.

Xırdalan sakini Tərlan Şahkərimov, Quba sakinləri Elvin Babayev və Murad Əşrəfov saxlanılıb.

T.Şahkərimovun sözlərinə görə, həmin gün şəhərə gəzməyə çıxıblar. Pulları olmadığından quldurluq etmək qərarına gəliblər. Axşamın düşməsini gözləyən dostlar hədəf kimi taksi sürücüsünü seçiblər.

Bir həyətdə kirayədə yaşayan T.Şahkərimov, M.Əşrəfov və E.Babayev taksi sürücüsündən aldıqları 9 manata ərazaq alıblar. Mobil telefon isə T.Şahkərimovda qalıb.

T.Şahkərimovla M.Əşrəfov əvvəllər müxtəlif maddələrlə məhkum ediliblər.

Son xəbərlər

Orphus sistemi