Abşeronda qohumunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Abşeronda qohumunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 17 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 Fevral , 2017 10:53
Abşeronda qohumunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Arif Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Ağayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında A.Ağayevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi Abşeron rayonu, Saray qəsəbəsi, Rövşən Nəbiyev küçəsi 23 ünvanında baş verib. Xeyir işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün "ciyər axşamı" məclisi təşkil ediblər. Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş A.Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zəminində A.Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmaq istəyib. Bu zaman bıçaq Ə.Məmmədovun sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən A.Ağayevi saxlayıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi