Xırdalanda qanunsuz tikili sökülüb

Xırdalanda qanunsuz tikili sökülüb Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Hadisə
27 dekabr 2023 05:43
Xırdalanda qanunsuz tikili sökülüb

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Son xəbərlər

Orphus sistemi