Abşeronda iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub

Abşeronda iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rais Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
6 Dekabr , 2017 12:27
Abşeronda iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rais Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Mirzəyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 28-də Abşeron rayonunun Masazır qəsəbəsindəki kafelərdən birində baş verib. Cəlilabad rayon sakini Vasif Sadıqov və Yardımlı rayon sakini Əfqan Zeynallı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini R.Mirzəyev tutulub.

Onun barəsində Cinayər Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi