​Abşeronda cücə sexi, Qubada ev yanıb

​Abşeronda cücə sexi, Qubada ev yanıb Hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
26 Aprel , 2015 12:11
​Abşeronda cücə sexi, Qubada ev yanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün gecə və səhər saatlarında Abşeron və Qubada yanğın hadisələri baş verib.

"Report" xəbər verir ki, Abşeronun Masazır qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş cücə sexində yanğın baş verib.

Nəticədə sexin içərisində 50 kv.m sahədə taxta yonqar yanb. Sex yanğından mühafizə olunub.

Digər hadisə Quba şəhərində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi