Abşeron rayonunda avtomobil vurulması nəticəsində ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir.
"Report"un əldə etdiyi məlumata görə, S.Həsənova ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.
ADNSU-dan "Report"a fakt təsdiqlənib.
*** 10:25
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub.
Qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.