Abşeronda avtomobil 51 yaşlı qadını vurdu

Abşeronda avtomobil 51 yaşlı qadını vurdu Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
19 Fevral , 2021 23:55
Abşeronda avtomobil 51 yaşlı qadını vurdu

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Hacıyeva Hədisə Əhməd qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi