Abşeronda avtomobildən 4 min manat oğurlandı

Hadisə
  • 29 iyun, 2020
  • 08:42
Abşeronda avtomobildən 4 min manat oğurlandı

Abşeronda avtomobildən pul oğurlayan şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisində “Hyundai” markalı avtomobildən 4 050 manat oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri S.Nuruşov, əvvəllər məhkum olunmuşlar - R.QuliyevA.Dərvişov saxlanılıblar.