Abşeronda ana və qızı yol qəzasında yaralandı

Abşeronda ana və qızı yol qəzasında yaralandı Abşeron rayonunda ağır yol qəzası baş verib.
Hadisə
4 Dekabr , 2020 22:21
Abşeronda ana və qızı yol qəzasında yaralandı

Abşeron rayonunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1991-ci təvəllüdlü Əhədzadə Ziya Əliniyaz oğlu, 1979-cu il təvəllüdlü Rəhmanova Elnarə Nadir qızı və onun 17 yaşlı övladı Şirinzadə Rəksanə Anar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı E. Rəhmanovaya qabırğaların sınığı, R. Şirinzadəyə isə sol bud sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi